Ueyn Runi: “Bu, Xosep Qvardiolanın günahıdır”

“Plimut Arqayl”ın baş məşqçisi və İngiltərə yığmasının keçmiş futbolçusu Ueyn Runi müasir futbolun ənənələrindən danışıb.

Arena.az ingilis mütəxəssisin bu barədə fikirlərini təqdim edir:

“Düşünürəm ki, oyun daha da artıq mövqeli olub və mükəmməl qol vurmaq üçün daha çox cəhdlər edilir. Düşünürəm ki, bu, “Pep”in günahıdır! O, bunu oyuna gətirdi. O, bunun öhdəsindən özü gəldi, amma görünür, digərləri gerçək imkanlar yaratmaqda çətinlik çəkirlər”, deyə Runi bildirib.

Xatırladaq ki, Ueyn Runi bu yay “Plimut”un baş məşqçisi təyin olunub. 38 yaşlı mütəxəssis bu klubla 2027-ci ilin 30 iyununa qədər müqavilə bağlayıb.

Futbolçu karyerası ərzində “Everton” və “Mançester Yunayted”dəki çıxışları ilə məşhurlaşmış Runi, məşqçiliyə 2019-cu ildə başlayıb. Runi əvvəlcə “Derbi Kaunti”yə rəhbərlik edib. İngiltərədə “Birmingem Siti”də də çalşmış gənc mütəxəssis, “Di Si Yunayted”in (ABŞ) də baş məşqçisi olub.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: