Ueyn Runi: “Mən növbəti Qari Nevill olmaq istəmirəm”

“Mançester Yunayted”in sabiq ulduzu, İngiltərənin “Plimut” komandasının baş məşqçisi Ueyn Runi məşqçiliyə qayıtmasından danışıb.

Arena.az xəbər verir ki, o, “Mançester Yunayted”də keçmiş komanda yoldaşı, hazırda şərhçi-təhlilçi çalışan futbol mütəxəssisi Qari Nevilə zarafatyana eyham vuraraq, məşqçiliyə qayıtmasının səbəbini belə izah edib:

“Niyə yenidən məşqçilik etmək qərarına gəldim? Mən növbəti Qari Nevill olmaq istəmirəm. Məşqçiliyə həvəsim var, futbola həvəsim var. İlin əvvəli mənim üçün qəribə oldu. Azacıq televiziya işi ilə məşğul oldum, amma məqsədim məşqçilik vəzifəsinə qayıtmaq idi”, deyə Runi “The Telegraph” dərgisinə açıqlamasında bildirib.

Xatırladaq ki, Ueyn Runi bu yay “Plimut”un baş məşqçisi təyin olunub. 38 yaşlı mütəxəssis bu klubla 2027-ci ilin 30 iyununa qədər müqavilə bağlayıb.

Futbolçu karyerası ərzində “Everton” və “Mançester Yunayted”dəki çıxışları ilə məşhurlaşmış Runi, məşqçiliyə 2019-cu ildə başlayıb. Runi əvvəlcə “Derbi Kaunti”yə rəhbərlik edib. İngiltərədə “Birmingem Siti”də də çalşmış gənc mütəxəssis, “Di Si Yunayted”in (ABŞ) də baş məşqçisi olub.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: