Ueyn Runi Xosep Qvardiola haqda ağızdolusu danışdı

“Mançester Yunayted”in sabiq futbolçusu Ueyn Runi “Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiolanın işi ilə bağlı fikirlərini bölüşüb.

Arena.az BBC-yə istinadən Runinin bu xüsusda fikrini diqqətinizə çatdırır:

“Mançester Siti” hər şeyi qazandı. Təəssüf ki, indi onların hökmranlıq vaxtıdır. Qvardiola İngiltərə futboluna təsir göstərmiş ən yaxşı təzahürlərdən biri oldu.

O, nəinki milli çempionata, həm də yığma komandaya təsir etdi, çünki sonradan yetkin futbolçulara çevrilən gənc ingilis oyunçularını da çalışdırırdı. Onlar da öz növbəsində Qvardiolanın ideyalarını daha da yaydılar”, deyə Ueyn Runi bildirib.

Xatırladaq ki, geridə qalmış 2022/2023 mövsümündə “Mançester Siti” “trebl”ə imza atıb: İngiltərə Premyer Liqasını, İngiltərə Federasiya Kubokunu və UEFA Çempionlar Liqasını qazanıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: