Unai Emeri “Mançester Siti” üzərində qələbədən danışdı

“Aston Villa”nın baş məşqçisi Unai Emeri Premyer Liqanın 15-ci turunda “Mançester Siti” ilə oyunda (1:0) əldə etdikləri qələbədən danışıb.

Arena.az BBC-yə istinadən ispan mütəxəssisin bu barədə fikirlərini təqdim edir:

“Biz oyuna hazırlaşırıq, mütəşəkkil şəkildə yaxşı nəticələr əldə etməyə çalışırıq. Müdafiədə yaxşı iş gördük, güclü pressinq etdik və aqressiv olmağa çalışdıq.

Biz fantastik görüş, fantastik oyun keçirdik, lakin Şənbə günü “Arsenal”a qarşı hələ bir az işimiz var. Təbii ki, qapıçı bir-iki qurtarışı ilə bizi xilas etdi, özümüzü daha rahat hiss etdik və azarkeşlərimizlə rabitəni saxladıq, bizə təkan verdilər.

“Mançester Siti” ilə oynayanda imkanlardan istifadə edib, oyunu idarə etməyə çalışmalısan. Fürsətlər yaratdıq, lakin çox çətin oyun oldu”, deyə Unai Emeri bildirib.

Qələbə sayəsində “Aston Villa” 32 xalla turnir cədvəlində 3-cü pilləyə yüksəlib, “Mançester Siti”ni isə 30 xalla 4-cü pilləyə atıb. Premyer Liqaya 36 xalla “Arsenal” başçılıq edir.

Xəbəri sosial şəbəkələrdə paylaş: