“Aston Villa”nın baş məşqçisi Unai Emeri İngiltərə Premyer Liqasının 34-cü turunun “Mançester Siti” ilə səfər oyununu şərh edib.
Arena.az məlumat verir ki, “şirlər” 90+4-cü dəqiqədə buraxdıqları qolla vacib oyunda 1:2 hesablı məğlubiyyətə üzülüblər.
Unai Emeri matçdan sonra keçirilmiş mətbuat konfransında bunları söyləyib:
“Biz oyunun ən sonunda məğlub olduq, amma layiqli oynadıq – heç-heçəyə yaxın idik. “Aston Villa” oyunu qazanmağa cəhd edirdi, həmçinin əvəzetmələr sayəsəində, amma rəqib də eynisini edirdi və qələbə qolunu vura bildi”, – BBC ispan mütəxəssisdən sitat gətirir.
34 oyundan 57 xalla “Aston Villa” İngiltərə Premyer Liqasının yarış cədvəlində şərti olaraq 7-ci pillədə qərarlaşıb. “Mançester Siti” isə 61 xalla şərti olaraq 3-cü pillədədir.
Premyer Liqaya 33 oyundan 79 xalla “Liverpul” başçılıq edir.


