Unai Emeri “Mançester Yunayted”lə heç-heçəni şərh etdi

“Aston Villa”nın baş məşqçisi Unai Emeri İngiltərə Premyer Liqasının 7-ci turunun “Mançester Yunayted”lə ev oyununu (0:0) şərh edib.

Arena.az “Aston Villa”nın mətbuat xidmətinin “şirlər”ın rəsmi saytında dərc etdiyi məlumata əsasən, ispan mütəxəssisin bu barədə fikrini təqdim edir:

“Birinci hissədə, oyuna daha əvvəl hazırlaşdığımız kimi nəzarət edə bilmədik. İkinci hissədə meydanda bəzi mövqelərimizi dəyişdik və futbolçuların qarşılığı birinci hissədən daha yaxşı oldu. Oyuna daha yaxşı nəzarət etdik, onların sürətli çıxışlarından yayındıq və cərimə meydançamıza bəzi hücumlarının qarşısını aldıq. İkinci hissədə topu dirəyə vurduqları zaman yaxşı fürsətləri oldu, amma mən hesab edirəm ki, ümumilikdə ikinci hissədə biz daha yaxşı idik.
Oyunun son dəqiqələrində fürsətlərimizin olduğu üçün qol vurmağa yaxın idik. Deyə bilərəm ki, heç-heçə hər iki komanda üçün ədalətlidir. Bu, “Mançester Yunayted”dir, biz isə yarış cədvəlin ilk beşliyindəyik. Biz orada olmaqdan şadıq, amma çox tələbkar olmalıyıq və liqada uğur qazanmaq üçün komandamızı qurmağa davam etməliyik”, deyə Unai Emeri vurğulayıb.

7 turdan sonra “Aston Villa” Premyer Liqanın yarış cədvəlində 14 xalla 5-ci pillədə, “Mançester Yunayted” isə 8 xalla 14-cü pillədə qərarlaşıb. Premyer Liqaya 18 xalla “Liverpul” başçılıq edir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: