“Aston Villa”nın baş məşqçisi Unai Emeri Çempionlar Liqasının 1/4 finalının PSJ ilə ilk oyunundan gözləntisini açıqlayıb.
Arena.az “The Independent” nəşrinə istinadən, ispan mütəxəssisin müvafiq açıqlamasını təqdim edir:
“Biz intizardayıq. PSJ – favoritdir, amma biz bu iki oyunu mümkün olduqca yaxşı hazırlaşaraq oynamağa çalışacağıq. Bu iki oyna dair düzgün taktika axtaracağıq.
Biz təhlil edəcək və müəyyənləşdirəcəyik ki, PSJ-yə necə qarşı dura bilərik. Biz hər iki oyuna hazırlaşırıq. Bizim bütün etdiklərimiz, daha da yaxşı olmağımız üçündür. Hazırda çoxsaylı müsbət xüsuslar, eləcə də mənim yaxşılaşdırmaq istədiyim xüsuslar var”, deyə Unai Emeri vurğulayıb.
PSJ – “Aston Villa” oyunu bu gün, aprelin 9-da baş tutacaq. Hakim oyunu Bakı vaxtı ilə saat 23:00-da başladacaq.


