Unai Emeri: “PSJ Çempionlar Liqasının favoritidir”

“Aston Villa”nın baş məşqçisi Unai Emeri UEFA Çempionlar Liqasının 1/4 finalı çərçivəsində qarşılaşdıqları PSJ ilə cavab oyununu şərh edib.

Arena.az məlumat verir ki, Parisdəki ilk oyunda 1:3 hesabı ilə məğlub olmuş “Aston Villa”, Birmingemdə 0:2 hesabından geri-dönüş edərək 3:2 hesablı qələbə qazanıb.

Amma bu, mərhələ adlamaq üçün yetərli olmayıb. Unai Emeri qarşılaşmadan sonra təşkil olunmuş mətbuat konfransında bunları söyləyib:

“Mən, bizim gördüyümüz işlə qürur duyuram. Bu, mənim “Aston Villa” ilə çatmaq istədiyim səviyyəyə doğru irəli atılmış ən yaxşı addımdır.

Birinci oyunda biz yaxşı oynamışdıq, amma bu, kifayət etmədi. Bu gün isə biz daha da yaxşı idik və ümumi geri-dönüşə yaxın idik. Bizə, hələ də son addım çatışmır, bu isə mənim üzərində çalışmaq istədiyim yeganə xüsusdur.

İndi onlar favoritdirlər. Onlar yarımfinala çıxdılar. Onlar Çempionlar Liqasında qalibiyyətə namizəd olacaq bir səviyyədə çıxış edirlər. Əlbəttə, “Barselona”, “İnter”, “Bayern” var… Bu, həqiqətən də möhtəşəmdir – bu səviyyədə oynamaq, bu, mənə xoş gəlir. PSJ-nin bizim üzərimizdə üstünlüyü vardı, onlar da bunu hər iki oyunda göstərdilər, baxmayaraq ki, biz də növbəti mərhələyə keçməyə yaxın idik. Ancaq parislilər fantastik oynayırlar”, deyə ispan mütəxəssis vurğulayıb.

Ümumi hesabda (5:4) üstünlük saxlamış PSJ Çempionlar Liqasının yarımfinalına adalayıb. “Aston Villa” isə ümidlərini növbəti mövsümə bağlamağa məcburdur.

Xəbəri sosial şəbəkələrdə paylaş: