Valentin Rozye “Beşiktaş”ı Fransa klubuna dəyişdi

Türkiyənin “Beşiktaş” klubunun heyətdən kənarlaşdırdığı sağ cinah müdafiəçisi Valentin Rozye bundan sonra Liqa 1-də çıxış edəcək.

Arena.az xəbər verir ki, 27 yaşlı futbolçu Fransanın “Nitsa” klubuna keçib.

Bu barədə sözügedən klublar rəsmi saytları vasitəsilə məlumat yayıblar. İstanbul təmsilçisi müdafiəçisini “Nitsa”ya icarəyə verib. Futbolçunun maaşı 2023/2024 mövsümünün sonuna qədər Fransa klubu tərəfindən qarşılanacaq. Müqavilədə satınalmaya dair şərt də nəzərdə tutulub.

Valentin Rozye “Beşiktaş”a 2022-ci ilin iyul ayında Portuqaliyanın “Sportinq” klubundan 4,8 milyon avroya transfer olunub. Onun İstanbul təmsilçisi ilə 2025-ci ilin 30 iyununa kimi müqaviləsi var. Rozye 2020/2021 mövsümündə də icarə əsasında “Beşiktaş”ın uğurları üçün çalışıb. Fransız futbolçu Türkiyə klubunun heyətində bütövlükdə 126 oyun keçirib, 6 qola imza atıb, 18 məhsuldar ötürmə müəllifi olub.

Rozye daha öncə Lissabon “Sportinq”ində legioner həyatı yaşayıb. çıxış edir. Fransalı futbolçu ölkəsində “Rodez” və “Dijon”un da uğurları üçün çalışıb. Fransanın U-21 yığmasının sabiq üzvü Türkiyə klubunun heyətində həm çempion, həm də kubokun qalibi olub.

Xatırladaq ki, “Beşiktaş” ötən ilin dekabrında Valanten Rozyeni əsas heyətdən kənarlaşdırmışdı.

Nihad Əsədov

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: