“Liverpul”un kapitanı, niderlandlı mərkəz müdafiəçisi Vircil van Deyk “qırmızılar”ın son vaxtlar müşahdə edilən tərəqqisini şərh edib.
Arena.az niderlandlı futbolçunun müvafiq açıqlamasını təqdim edir:
“Heç şübhə yoxdur ki, son həftələrdə xeyli tərrəqqiyə nail olmuşuq, amma hələ də olmaq istədiyimiz yerdə deyilik. Hazırda qələbələr qazanmağa davam etməliyik”, deyə Van Deyk vurğulayıb.
“Liverpul”un baş məşqçisi Arne Slot isə futbol haqda qənaətini açıqlayıb.
Niderlandlı mütəxəssisin müvafiq açıqlamasını təqdim edirik:
“Bir məşqçi kimi, çempionatı, UEFA Çempionlar Liqasını, İngiltərə Kubokunu və ya Liqa Kubokunu qazana bilərsən, amma qazancağın ən böyük uduş – komandanın baxılması üçün xoş olan həmin o gözəl futbolu oynamasıdır”, deyə Slot vurğulayıb.
Xatırladaq ki, “Liverpul” ötən mövsüm İngiltərə çempionu olsa da, cari mövsümdə qeyri-sabit çıxışı ilə diqqət mərkəzindədir. “Qırmızılar” İngiltərə Premyer Liqasının 2025/2026-cı illər mövsümündə keçirdikləri 28 oyunda 14 qələbə qazanıb, 6 heç-heçə edib, 8 məğlubiyyətə üzülüblər. Komanda 48 xalla yarış cədvəlinin 5-ci pilləsində qərarlaşıb.


