“Verona” Yuriç ilə yollarını ayırdı

İtaliyanın “Verona” klubu baş məşqçisi İvan Yuriç ilə yollarını ayırıb.

Arena.az xəbər verir ki, bu barədə A Seriyası təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Yuriçin müqaviləsinə qarşılıqlı razılıq əsasında xitam verilib. Xorvat mütəxəssis 2019-cu ilin yayından “Verona”nı çalışdırırdı. O, bu komandanı bütövlükdə 79 matça çıxarıb. “Verona” bu görüşlərdə 22 qələbə qazanıb, 27 heç-heçə edib, 30 dəfə də məğlub olub.

Qeyd edək ki, “Verona” A Seriyasında geridə qalan mövsümü 10-cu sırada başa vurub.