Viktor Osimhen – İtaliya A Seriyasının ən bahalı futbolçusu!

İtaliyanın “Napoli” klubunun və Nigeriya milli komandasının hücumçusu Viktor Osimhen A Seriyasının ən bahalı futbolçusudur.

Arena.az xəbər verir ki, “Transfermarkt” internet-portalı İtaliya A Seriyasının futbolçularının transfer bazarında qiymətlərini əks etditən siyahısını yeniləyib.

Osimhen yeni siyahıda A Seriyanın ən bahalı futbolçusu kimi göstərilib.

“Transfermarkt” internet-portalı Viktor Osimheni 120 milyon avro məbləğində qiymətləndirir.

A Seriyasının ən bahalı futbolçulardan ibarət ilk onluğu ilə tanış olun:

  1. Viktor Osimhen (“Napoli”, 120 milyon avro).
  2. Rafael Leao (“Milan”, 90 milyon avro).
  3. Lautaro Martines (“İnter”, 85 milyon avro).
  4. Xviça Kvaratsxeliya (“Napoli”, 85 milyon avro).
  5. Nikolo Barella (“İnter”, 75 milyon avro).
  6. Duşan Vlahoviç (“Yuventus”, 70 milyon avro).
  7. Teo Hernandes (“Milan”, 60 milyon avro).
  8. Alessandro Bastoni (“İnter”, 60 milyon avro).
  9. Kim Min Jae (“Napoli”, 60 milyon avro).
  10. Sergey Milinkoviç-Saviç (“Latsio”, 50 milyon avro).
Xəbəri sosial şəbəkələrdə paylaş: