Fransanın “Trua” klubunun sağ cinah vingeri Vilson Odober bundan sonra “Börnli”nin uğurları üçün çalışacaq.
Arena.az xəbər verir ki, bu barədə Premyer Liqa təmsilçisi rəsmi saytı vasitəsilə məlumat yayıb.
18 yaşlı futbolçunun transferi üçün “Trua”ya 12 milyon avro ödənilib. Fransız vinger İngiltərə klubu ilə 5 illik (2028-ci ilin 30 iyununa kimi) müqavilə bağlayıb. O, yeni komandasında 47 nömrəli formanı geyinəcək.
Vilson Odober PSJ-nin yetirməsidir. O, ötən ilin iyul ayında Paris klubundan azad agent kimi “Trua”ya keçmişdi. Gənc futbolçu bu komandada 32 oyun keçirib, 4 qol və 2 məhsuldar ötürmə müəllifi olub.
Odober Fransanın U-16, U-18 və U-19 yığmalarında da forma geyinib.


