Vircil van Deyk daha 4 il “Liverpul”da!

İngiltərənin “Liverpul” klubu müdafiəçisi Vircil van Deyk ilə müqavilənin müddətini artırıb. Arena.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Niderlandlı müdafiəçi ilə yeni sözləşmənin müddəti 2025-ci ilin yayına qədər nəzərdə tutulub.

Vircil Van Deyk 2018-ci ilin yanvarından “Liverpul”da çıxış edir. Bu müddət ərzində 130 matça çıxan niderlandlı futbolçu 13 qol da vurub. O, daha öncə “Qroningen”, “Seltik” və “Sauthempton”da da forma geyinib.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: