Voyislav Stankoviç üçün 75-ci oyun və 5-ci qol

Futbol üzrə Azərbaycan kubokunun 1/4 final mərhələsi çərçivəsində baş tutan “Sabah”la ilk oyun “Neftçi”nin müdafiəçisi Voyislav Stankoviç üçün əlamətdar olub. Arena.az xəbər verir ki, serbiyalı müdafiəçi Bakı klubunun heyətində 75-ci oyuna çıxıb və 5-ci qoluna imza atıb.

“Sabah”la ev matçınadək 74 görüşdə 4 dəfə fərqlənən arxa xətt oyunçusu hesabı açmaqla ikiqat yubileyi gerçəkləşdirib. 2019-cu ilin yayından “ağ-qaralar”ın heyətində çıxış edən müdafiəçi Premyer Liqada 56 (4 qol) kubokda 5 (1 qol), avrokuboklarda 14 matç keçirib.

Xatırladaq ki, Voyislav Stankoviç “Neftçi”dən öncə, 2016-2019-cu illər aralığında “Qəbələ”nin də uğurları üçün çalışıb.

Xəbəri sosial şəbəkələrdə paylaş: