Qətərin “Əl Sədd” klubunda baş məşqçi Xavi ilə yeni müqavilə imzalanıb.
Arena.az xəbər verir ki, bu barədə Qətər təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Yeni müqaviləyə əsasən, ispan mütəxəssis daha iki il “Əl Sədd”i çalışdıracaq. Onun klubla əvvəlki müqaviləsinin müddəti bu ilin iyuluna qədər idi.
Xavinin baş məşqçisi olduğu “Əl Sədd” Qətər çempionatının qalibi olub. O, 2019-cu ilin mayından bu komandanı çalışdırır.
İspaniya millisinin sabiq liderinin “Əl Sədd”dən ayrılıb, “Barselona”ya baş məşqçi təyin olunacağı gözlənilirdi. O, futbolçu karyerası ərzində 1995-2015-ci illər aralığında “Barselona”da çıxış edib.


