Türkiyənin “Beşiktaş” klubu gənc mərkəz müdafiəçisi Yakup Arda Kılıç ilə müqaviləsinin müddətini uzatdığnı açıqlayıb.
Arena.az xəbər verir ki, bu barədə İstanbul klubu rəsmi saytı vasitəsilə məlumat yayıb.
18 yaşlı müdafiəçinin yeni sözləşməsi 3 illikdir. Bir sözlə, Arda ən azı 2027-ci ilin 30 iyununa kimi “qara qartallar”ın uğurları üçün çalışmağa davam edəcək. Onun əvvəlki sözləşməsinin müddəti bu mövsümün sonunda bitəcəkdi.
Yakup Arda Kılıç “Beşiktaş”ın öz yetirməsidir. Gənc futbolçu İstanbul klubunun əsas komandasında 2 oyun keçirib.


