Yüksək Liqa: “Azərreyl” “Neftçi”ni də məğlub etdi

Kişi voleybolçular arasında Azərbaycan çempionatında (Yüksək Liqa) 2023/2024 mövsümünün növbəti oyunu baş tutub.

Arena.az xəbər verir ki, bu gün Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində “Neftçi” və “Azərreyl” komandaları üz-üzə gəliblər.

Gərgin keçən ilk iki hissədə “Azərreyl” rəqibindən daha yaxşı oynayıb və 2:0 hesabı ilə irəli keçib. Boris Qrebennikovun yetirmələri üstünlüklərini növbəti setdə də davam etdirib və qarşılaşmadan 3:0 hesabı ilə qalib ayrılıblar.

Beləliklə, “Azərreyl” 21 xalla (7 qələbə) turnir cədvəlinə liderlik edir. “Murov”un 18 xalı (7 qələbə), “Xarı Bülbül Şuşa”nın 16 (5 qələbə), Neftçi”nin 16 (5 qələbə), “Xarı Bülbül Laçın”ın 4 xalı (1 qələbə) var. MOİK-in isə qələbəsi və xalı yoxdur.

Yüksək Liqa
8 fevral

“Neftçi” – “Azərreyl” 0:3 (24:26, 24:26, 15:25)