Bu gün futzal üzrə Azərbaycan çempionatında (Yüksək Liqa) 2025/26 mövsümünün sonuncu – 20-ci turunun bir oyunu keçirilib.
Arena.az xəbər verir ki, “Olimpik Star”da növbəti qələbəsini qazanmış “Baku Fire” cari mövsümü üçüncü pillədə başa vurub.
U-19 isə meydana çıxmadan 3 xalı aktivinə yazdırıb.
Yüksək Liqada mövsümə mayın 18-də yekun vurulacaq. Çempionun adına aydınlıq gətirəcək son görüşdə lider “Neftçi” İK ən yaxın izləyicisi “Araz-Naxçıvan”la gücünü sınayacaq. Bakı İdman Sarayında baş tutacaq görüşün start fiti saat 19:00-da səslənəcək.
Yüksək Liqa
20-ci tur
14 may
Şuşa – Baku Fire 5:8
Bakı. “Olimpik Star”. Saat 16:00.
18 may
Neftçi İK – Araz-Naxçıvan
Bakı İdman Sarayı. Saat 19:00.
Xallar: Neftçi İK – 52. Araz-Naxçıvan – 49. Baku Fire – 38. Şuşa – 21. U-19 – 15. Lənkəran – 0.
Bombardirlər: Allef Mayolli (“Neftçi” İK) – 37. Yaqo Henrike (“Neftçi” İK) – 26. Sadeq Caviditavar (“Şuşa”), Ədalət Ələkbərov (“Araz-Naxçıvan”) – 23 qol.


