AFFA -dan Asifə ağır cəza, “Qəbələ”yə 14500 manat cərimə

Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib, Premyer Liqanın 31-ci turunun oyunları ilə bağlı qərarlar açıqlanıb.

Arena.az AFFA-nın rəsmi saytına istinadən həmin qərarların siyahısını təqdim edir:

Azərbaycan Premyer Liqası, 31-ci tur

“Qəbələ” – “Qarabağ” oyununun 86-cı dəqiqəsində “Qəbələ”nin futbolçusu Asif Məmmədov hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 4 oyunluq cəza alıb. “Qəbələ” buna görə 10000 manat cərimə ödəyəcək. Oyun bitdikdən sonra meydançaya kənar şəxslər daxil olduğuna görə “Qəbələ” daha 2500 manat cərimə edilib. Oyun bitdikdən sonra meydançaya kənar əşya atıldığına görə “Qəbələ” 2000 manat cərimə ödəyəcək.

“Neftçi” – “Şamaxı” oyununda “Şamaxı”nın 4 futbolçusu sarı vərəqə aldığı üçün sözügedən komanda 700 manat cərimə edilib.

Xəbəri sosial şəbəkələrdə paylaş: