Yüksək Liqa: Mərkəzi oyunun start saatı dəyişdirildi

Futzal üzrə Azərbaycan çempionatında (Yüksək Liqa) 2025/2026 mövsümünün 20-ci turunun bir oyununun başlama saatı dəyişdirilib.

Arena.az xəbər verir ki, bu barədə Azərbaycan Futzal Federasiyasının rəsmi saytı məlumat yayıb.

Xəbərdə bildirilir ki, “Neftçi” İK – “Araz-Naxçıvan” oyununun başlama saatında dəyişiklik edilib. Görüş əvvəlcədən nəzərdə tutulduğu kimi, mayın 18-də saat 16:00-da yox, 19:00-da start götürəcək. Canlı yayımlanacaq matç başa çatdıqdan sonra mükafatlandırma mərasimi keçiriləcək. Çünki bu qarşılaşma çempionluğun taleyinə aydınlıq gətirəcək.

Yeri gəlmişkən, 20-ci turun bir oyununa təyinatlar da açıqlanıb. Mayın 14-də keçiriləcək matçı Elgün Hüseynovun başçılıq etdiyi hakimlər briqadası idarə edəcək. Liqada mövsümə mayın 18-də keçiriləcək “Neftçi” İK – “Araz-Naxçıvan” matçı ilə yekun vurulacaq. Amma həlledici matçın təyinatları hələ açıqlanmayıb.

Yüksək Liqa
20-ci tur
14 may

Şuşa – Baku Fire
Hakimlər: Elgün Hüseynov, Kənan Məlikov, Rza Məmmədov.
Hakim-inspektor: Murad Məmmədov.
Bakı. “Olimpik Star”. Saat 16:00.

Xəbəri sosial şəbəkələrdə paylaş: