Yurgen Klopp: “Bir az axmaq olduğumuz üçün belə oldu”

“Liverpul”un baş məşqçisi Yurgen Klopp Premyer Liqanın 14-cü turunda “Fulhem” üzərində qələbədən (4:3) danışıb.

Arena.az xatırladır ki, “qırmızılar” 87-ci dəqiqədə 2:3 hesabı ilə geridə olsalar da, sonradan bir dəqiqəyə iki qol vuraraq dramatik qələbə qazanıblar.

“Düzünü desəm, oyundan sonrakı hisslər müstəsna idi. Oyun zamanı bu, bəzən bir az fərqli olurdu. Oyundan sonra uşaqlara dedim ki, bir az axmaq olduğumuz üçün belə oldu. Amma çox yaxşı başladıq və qol vurduq.

3:3-dən sonra hamı gördü ki, uşaqlar daha çox istəklidirlər və bu gün bir az bəxtimiz gətirdiyindən bunu əldə etdik. Buna, möhtəşəm bir təcrübə deyərdim. Burada olanlardan çətin ki, heç kim “Liverpul” – “Fulhem” oyunundan əvvəl düşünə bilməzdi ki, bu, həyatınızda heç vaxt unuda bilməyəcəyiniz bir oyun olacaq. Amma minnət qoymağa ehtiyac yoxdur. Bu gün burada olan hər kəs onu həyatında heç vaxt unutmayacaq”, – “Liverpul”un rəsmi saytı alman mütəxəssisdən sitat gətirir.

14 turdan sonra “Liverpul” 31 xalla Premyer Liqanın turnir cədvəlində 2-ci pillədə qərarlaşıb. “Arsenal” 33 xalla çempionatın lideridir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: