“Liverpul”un baş məşqçisi Yurgen Klopp Premyer Liqanın 19-cu turunda səfərdə “qırmızılar”ın “Börnli” üzərində qələbəsini (2:0) şərh edib.
Arena.az BBC-yə istinadən, alman mütəxəssisin müvafiq xüsusda fikirlərini diqqətinizə çatdırır:
“Əla oyun oynadıq, amma 90-cı dəqiqəyə qədər hesab cəmi 1:0 idi – qəribədir! Halbuki futbolda belə olur. Ümumiyyətlə, biz məhz istədiyimiz kimi oynadıq. “Börnli” bizə qarşı çıxmaq üçün bir yol tapa bilmədi. Amma biz son ana qədər oyunun nəticəsini qərar vermədik və onlara imkan buraxdıq”, deyə Klopp məqamı vurğulayıb.
“Liverpul” Premyer Liqanın ilk dövrəsindən, 19 turdan sonra 42 xalla turnir cədvəlinə başçılıq edir. 18 oyun keçirmiş “Arsenal” 40 xalla 2-ci pillədədir və potensial lider statusundadır.


