Yurgen Klopp: “De Zerbi “Brayton”da inanılmaz iş görür”

“Liverpul”un baş məşqçisi Yurgen Klopp “Brayton”un çalışdırıcısı, italyan mütəxəssis Roberto De Zerbinin işini yüksək qiymətləndirib.

Arena.az “This is Anfield” dərgisinə istinadən, alman mütəxəssisin bu barədə fikirlərini təqdim edir:

“Gələcəkdə onu izləməyə davam edəcəyəm! Mən onun etdiklərinə həqiqətən hörmət edirəm. Robertonun artıq etdikləri də inanılmazdır. “Brayton” Aleksis Makallister və Moyses Kaysedonu itirdi, onların çoxlu zədələri var, amma o, bu komandanı bir araya gətirir. “Qağayılar”ın bir neçə vacib oyunçusunu itirdiyini bilərək, onun nə qədər yaxşı iş gördüyünü başa düşürsən. Bu, əsl dəlilikdir”, deyə Yurgen Klopp vurğulayıb.

Xatırladaq ki, 44 yaşlı italyan mütəxəssis “Brayton”u 2022-ci ilin sentyabrından çalışdırır. De Zerbinin “qağayılar”la müqaviləsi 2026-cı ilin iyun ayının sonuna qədər qüvvədədir.

Cari mövsümdə De Zerbinin “qağayılar”ı İngiltərə Premyer Liqasında keçirdikləri 29 oyundan 42 xalla yarış cədvəlinin 9-cu pilləsində qərarlaşıblar.

De Zerbi “Brayton”u Avropa Liqasının 1/8 finalına qədər daşıya bilib. Burada isə “Roma” “canavarlar”ı “qağayılar”ı ümumi hesabda 5:0 hesabı ilə parçalayıblar (səfərdə: 0:4, evdə: 0:1).