Yurgen Klopp haqqındakı şayiələri şəxsən təkzib etdi

57 yaşlı alman məşhur mütəxəssis Yurgen Klopp “Roma”nı çalışdıracağı ilə bağlı yayılmış şayiələri şəxsən təkzib edib.

Arena.az jurnalsit Ceyms Pirsə istinadən, alman mütəxəssisin müvafiq açıqlamasını təqdim edir:

“Mən “Roma”da olmaycağam. Əgər siz, yaxın iki il ərzində mənim hansısa komandanı çalışdıracağımla bağlı şayiə ilə üzləşsəniz, bilin ki, bu, cəfəngiyyatdır. Bunu deyəcək ilk kəs də ola bilərsiniz”, deyə Klopp vurğulayıb.

Xatırladaq ki, Yurgen Klopp 2023/2024-cü illər mövsümün başa çatması ilə 2015-ci ildən çalışdırdığı “Liverpul”dan ayrılıb. Cari ilin yanvar ayının 1-dən isə Klopp “Red Bull” şirkətində futbol əməliyyatları üzrə dünyəvi rəhbər vəzifəsində çalışır.

Xəbəri sosial şəbəkələrdə paylaş: