“Liverpul”un baş məşqçisi Yurgen Klopp İngiltərə Premyer Liqasının 17-ci turunda “Mançester Yunayted”lə heç-heçəni (0:0) şərh edib.
Arena.az “Sky Sports” portalına istinadən, Klopun bu barədə fikirlərini diqqətinizə çatdırır:
“Mən çoxlu yaxşı şeylər gördüm, bəyənmədiyim yeganə məqam nəticədir. Biz qol vurmalıydıq. İmkanları başa vurmağa tələsdik, amma oyunun tezliyi və oyunun başlaması çox xoşuma gəldi. Hamı bizim istədiyimizi gördü, əks təpkimiz qrup olaraq yaxşı idi və onları buraxmadıq.
Bu, gözlədiyim oyun idi. Əgər belə oynasaq, rəqib komandanın öz meydanından çıxması çətindir, “Yunayted”in müdafiəsi isə çox təmiz və böyük istəklə işləyirdi”, deyə alman mütəxəssis vurğulayıb.
Heç-heçə nəticəsində “Liverpul” 2 vacib xal itirib və 17 turdan sonra 38 xalla ikinci pilləyə düşüb. “Mançester Yunayted” 28 xalla 7-cidir. İngiltərə çempionatına 39 xalla “Arsenal” başçılıq edir.


