“Liverpul”un baş məşqçisi Yurgen Klopp Səudiyyə Ərəbistanında transfer pəncərəsinin müddəti ilə bağlı narazılığını ifadə edib.
Arena.az “Daily Mail”ə istinadən xəbər verir ki, alman mütəxəssis bu məsələ ilə bağlı FIFA-ya səslənib.
Klopp transfer pəncərəsinin Avropanın ən yaxşı 5 liqasında sentyabrın 1-də, Səudiyyə Ərəbistanında isə sentyabrın 20-də bağlanması ilə əlaqədar narahatlığını bildirib. Klopp vurğulayıb ki, bu üç həftə fərq müddətində Avropa klublarının, Səudiyyə Ərəbistanı klublarına yollanmış futbolçularını əvəz etmək imkanı olmayacaq:
“Ən pisi odur ki, Səudiyyə Ərəbistanında transfer pəncərəsi daha üç həftə açıq olacaq. Bu, Avropa üçün problemdir. UEFA və FIFA həll yolu tapmalıdır”.
Xatırladaq ki, “Liverpul” 2023/2024 mövsümünə avqustun 13-də “Stemford Bric”də “Çelsi”yə qarşı oyunla başlayacaq.
Yurgen Kloppun yetirmələri geridə qalmış 2022/2023 mövsümünü 67 xalla beşinci yerdə başa vurublar.


