“Liverpul”un baş məşqçisi Yurgen Klopp “Everton”la oyundan (2:0) sonra Premyer Liqada Mersisayd derbisindəki qələbələrə görə rekordçu olub.
Arena.az bu barədə “Opta Sports” statistik internet-portalına istinadən məlumat verir.
Klopp “Liverpul”un İngiltərə Premyer Liqasının 9-cu turu çərçivəsində keçirdiyi oyununda “Everton” üzərində qələbədən sonra, Mersisayd derbisində Rafael Benitesin 8 oyunluq qələbə silsiləsini üstələyərək mütləq nailiyyəti müəyyənləşdirib.
Alman mütəxəssis “Liverpul”a 2015-ci ilin oktyabrında Dortmund “Borussiya”sından keçib. Klopun “Liverpul”la müqaviləsi 2026-cı ilin iyun ayının sonuna qədər qüvvədədir. Klubda işlədiyi səkkiz il ərzində Klopp “Liverpul”a İngiltərə Premyer Liqasını (2019/2020), İngiltərə Kubokunu (2021/2022), İngiltərə Liqa Kubokunu (2021/2022), İngiltərə Super Kubokunu (2022/2023), Çempionlar Liqasını (2018/2019), UEFA Super Kubokunu (2019/2020), FIFA Klub Dünya Kubokunu (2019/2020) qazandırıb. Alman mütəxəssis həmçinin 2018/2019 və 2019/2020 dünyanın ən yaxşı klub məşqçisi mükafatını qazanıb.
Hazırda Yurgen Klopun çalışdırdığı “qırmızılar” Premyer Liqanın turnir cədvəlində 9 oyundan 20 xalla 3-cü pillədə qərarlaşıblar.


