“Liverpul”un baş məşqçisi Yurgen Klopp yeni transferlərinin Premyer Liqanın 1-ci turunda “Çelsi” ilə görüşdəki oyunlarını qiymətləndirib.
Arena.az bu barədə BBC-yə istinadən məlumat verir:
“Makallister, əlbəttə ki, çox yaxşı futbolçudur və siz buna bizim qolumuz zamanı əmin oldunuz. Yeni oyunçular bizə hücumda böyük imkanlar verdilər. Dominik Soboslai – vəhşidir, bu gün üç mövqedə oynadı. Əla oğlanlardırlar, yüksək səviyyəli oyunçulardırlar”, deyə Klopp bildirib.
Xatırladaq ki, Premyer Liqanın 1-ci turu çərçivəsində “Stemford Bric”də “Çelsi”yə qarşı oyunda “Liverpul” 18-ci dəqiqədə Luis Diasla hesabı açsa da, 37-ci dəqiqədə “zadəganlar”ın müdafiəçisi Aksel Disasi hesabda bərabərliyi bərpa edib. Oyun 1:1 hesabı ilə başa çatıb.


