Yusuf Laval Premyer Liqada 50-ci matçına çıxdı

“Neftçi”nin yarımmüdafiəçisi Yusuf Laval Premyer Liqada 50-ci oyununu keçirib. Arena.az xəbər verir ki, onun yubileyi Azərbaycan çempionatının 27-ci turu çərçivəsində baş tutan “Zirə” ilə matça təsadüf edib.

Bu qarşılaşmada 24 yaşlı nigeriyalının komandası 0:1 hesabı ilə uduzub.

50 matçda 3 qol vuran Yusuf Laval bütün oyunları “Neftçi”nin heyətində keçirib. Bakı klubunda 2020/21 mövsümündə debüt edən legioner həmin çempionatda 24 dəfə meydana çıxıb və 2 qol vurub. Cari mövsümdə 26 dəfə şans qazanan yarımmüdafiəçinin hesabında 1 top var.