“Zirə” heyətini yeni futbolçu ilə gücləndirib. Arena.az xəbər verir ki, paytaxt klubu “Qarabağ”ın müdafiəçisi Rauf Hüseynlini heyətinə qatıb.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Müdafiəçi növbəti mövsümün sonuna kimi “Qarabağ”dan icarəyə götürülüb.
Xatırladaq ki, 21 yaşlı futbolçu 2019/20 mövsümündə də icarə əsasında “Zirə”nin şərəfini qoruyub.
“Zirə” daha öncə Ukraynanın “Lvov” klubundan Velves Damatsenanı da icarəyə götürmüşdü. Paytaxt klubu Təmkin Xəlilzadə, Mehdi Cənnətov, Ruslan Abışov və Anar Nəzirovu da transfer edib.


