Arena.az sizi Azərbaycan kubokunun yarımfinalı çərçivəsində “Neftçi” və “Zirə” arasında keçirilmiş cavab oyunundan hazırlanmış videoreportajla tanış edir.
Xatırladaq ki, bu komandalar arasındakı ilk oyunda qapılara qol vurulmamışdı. Cavab matçının da əsas və əlavə vaxtı qolsuz bitib. Penalti seriyasında daha dəqiq oynayan “Zirə” 4:2 hesabıyla qalib gələrək finala yüksəlib. Bu komandanın həlledici matçdakı rəqibi “Qarabağ” olacaq. Final matçı mayın 27-də keçiriləcək.


