Futbol üzrə Azərbaycan Premyer Liqasında 2021/22 mövsümünün bütün mükafatçıları bəlli olub. Arena.az xəbər verir ki, “Qarabağ”ın qızıl, “Neftçi”nin gümüş medal qazanacağı öncədən dəqiqləşmişdi.
Bürünc medalların sahibi isə son turda bəlli olub. Bu mükafata “Zirə” sahib çıxıb.
Bakı klubu tarixində ikinci dəfə Azərbaycan Premyer Liqasında ilk “üçlük”də qərarlaşıb. Sözügedən komanda 2015/16 mövsümündə də gümüş medallara sahib çıxmışdı.
| mövsüm | çempion | 2-ci yer | 3-cü yer |
| 1992 | “Neftçi” (Bakı) | “Xəzər” (Sumqayıt) | “Turan” (Tovuz) |
| 1993 | “Qarabağ” (Ağdam) | “Xəzər” (Sumqayıt) | “Turan” (Tovuz) |
| 1993/94 | “Turan” (Tovuz) | “Qarabağ” (Ağdam) | “Kəpəz” (Gəncə) |
| 1994/95 | “Kəpəz” (Gəncə) | “Turan” (Tovuz) | “Neftçi” (Bakı) |
| 1995/96 | “Neftçi” (Bakı) | “Xəzri” (Bakı) | “Kəpəz” (Gəncə) |
| 1996/97 | “Neftçi” (Bakı) | “Qarabağ” (Ağdam) | “Xəzri” (Bakı) |
| 1997/98 | “Kəpəz” (Gəncə) | “Dinamo” (Bakı) | “Şəmkir” |
| 1998/99 | “Kəpəz” (Gəncə) | “Şəmkir” | “Neftçi” (Bakı) |
| 1999/2000 | “Şəmkir” | “Kəpəz” (Gəncə) | “Neftçi” (Bakı) |
| 2000/01 | “Şəmkir” | “Neftçi” (Bakı) | “Viləş” (Masallı) |
| 2001/02 | Yarımçıq qalıb | ||
| 2002/03 | Keçirilməyib | ||
| 2003/04 | “Neftçi” (Bakı) | “Şəmkir” | “Qarabağ-Azərsun” (Ağdam) |
| 2004/05 | “Neftçi” (Bakı) | “Xəzər Lənkəran” | “Karvan” (Yevlax) |
| 2005/06 | “Bakı” | “Karvan” (Yevlax) | “Neftçi” (Bakı) |
| 2006/07 | “Xəzər Lənkəran” | “Neftçi” (Bakı) | “Bakı” |
| 2007/08 | “İnter” (Bakı) | “Olimpik” (Bakı) | “Neftçi” (Bakı) |
| 2008/09 | “Bakı” | “İnter” (Bakı) | “Simurq” (Zaqatala) |
| 2009/10 | “İnter” (Bakı) | “Bakı” | “Qarabağ” (Ağdam) |
| 2010/11 | “Neftçi” (Bakı) | “Xəzər Lənkəran” | “Qarabağ” (Ağdam) |
| 2011/12 | “Neftçi” (Bakı) | “Xəzər Lənkəran” | “İnter” (Bakı) |
| 2012/13 | “Neftçi” (Bakı) | “Qarabağ” (Ağdam) | “İnter” (Bakı) |
| 2013/14 | “Qarabağ” (Ağdam) | “İnter” (Bakı) | “Qəbələ” |
| 2014/15 | “Qarabağ” (Ağdam) | “İnter” (Bakı) | “Qəbələ” |
| 2015/16 | “Qarabağ” (Ağdam) | “Zirə” (Bakı) | “Qəbələ” |
| 2016/17 | “Qarabağ” (Ağdam) | “Qəbələ” | “İnter” (Bakı) |
| 2017/18 | “Qarabağ” (Ağdam) | “Qəbələ” | “Neftçi” (Bakı) |
| 2018/19 | “Qarabağ” (Ağdam) | “Neftçi” (Bakı) | “Səbail” (Bakı) |
| 2019/20 | “Qarabağ” (Ağdam) | “Neftçi” (Bakı) | “Keşlə” (Bakı) |
| 2020/21 | “Neftçi” (Bakı) | “Qarabağ” (Ağdam) | “Sumqayıt” |
| 2021/22 | “Qarabağ” (Ağdam) | “Neftçi” (Bakı) | “Zirə” (Bakı) |


