Premyer Liqa klublarının əvəzediciləri arasında keçirilən Əvəzedicilər Liqasının 7-ci turunun oyunlarına hakim təyinatları açıqlanıb.
Arena.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının rəsmi saytı məlumat yayıb.
Tura bu gün keçiriləcək “Sumqayıt-2” – “Turan Tovuz-2” və “Neftçi-2” – “Zirə-2” oyunları ilə start veriləcək.
Əvəzedicilər Liqası
7-ci tur
24 sentyabr
“Sumqayıt-2” – “Turan Tovuz-2”
Hakimlər: Nicat İsmayıllı, Anar Bədəlov, Samir Qaracayev, Rövşən Rəcəbov.
Hakim-inspektor: Ömər Paşayev.
AFFA nümayəndəsi: Emin Cəfərov.
“Sumqayıt Arena” (ehtiyat meydança), 16:00.
“Neftçi-2” – “Zirə-2”
Hakimlər: Elvin Bayramov, Rəhman Aslanov, Aydın Bəxşiyev, Səbuhi Bayramov.
Hakim-inspektor: Anar Salmanov.
AFFA nümayəndəsi: Əsgər Əmirəliyev.
Neftçi Futbol Mərkəzi (4-cü meydança), 16:00.
25 sentyabr
“Sabah-2” – “Kəpəz-2”
Hakimlər: Murad Səlimov, Sevda Nuriyeva, Gülnurə Əkbərzadə, İrşad Aydınov.
Hakim-inspektor: Rəhim Həsənov.
AFFA nümayəndəsi: Elman Musayev.
“ASK Arena”, 17:00.
“Səbail-2” – “Araz-Naxçıvan-2”
Hakimlər: Mahmud Bağırzadə, Teymur Teymurov, Vüqar Bayramov, Fəridə Lütfəliyeva.
Hakim-inspektor: Asim Xudiyev.
AFFA nümayəndəsi: Elçin Məmmədov.
“Bayıl Arena”, 17:00.
26 sentyabr
“Qəbələ-2” – “Qarabağ-2”
Hakimlər: Şamil İmanzadə, Taleh Məmmədov, Qəzənfər Məmmədov, Emin Abdullayev.
Hakim-inspektor: Babək Quliyev.
AFFA nümayəndəsi: Seymur Səlimli.
Qəbələ şəhər stadionu (ehtiyat meydança), 16:00.


