Əlcəzair Afrika Millətlər Kubokunda ikinci qələbəsini qazandı

Futbol üzrə Afrika Millətlər Kubokunda qrup mərhələsinin ikinci turuna start verilib. Arena.az xəbər verir ki, Əlcəzairdə təşkil olunmuş budəfəki qitə birinciliyinin beşinci oyun günündə daha iki qarşılaşma baş tutub.

A qrupu çərçivəsində Mozambik yığması Liviya millisi ilə üz-üzə gəlib. Beş qolun qeydə alındığı matç mozambiklilərin qələbəsiylə yekunlaşıb.

Bu qitə birinciliyinə ev sahibliyi edən Əlcəzair yığması isə Efiopiya seçməsi ilə qarşılaşıb. Meydan sahibləri ilk turda olduğu kimi, bu oyunda da 3 xalı tək qolla qazanıblar.

İlk dəfə Əlcəzairin ev sahibliyi etdiyi Afrika Millətlər Kubokunda mübarizəyə fevralın 4-də keçiriləcək final qarşılaşması ilə yekun vurulacaq.

Afrika Millətlər Kuboku
Qrup mərhələsi
17 yanvar

A qrupu

Mozambik – Liviya 3:2
Qol: Melito, 74. Jone, 80. Kinq, 84 – Çiko, 23-öz qapısına. Saltu, 90+3.

Əlcəzair – Efiopiya 1:0
Qol: Mahius, 52.

Xal: Əlcəzair – 6. Mozambik – 4. Efiopiya – 1. Liviya – 0.

Xəbəri sosial şəbəkələrdə paylaş: