Əlcəzair yığmasının məşqini pilotsuz uçuş aparatı ilə izlədilər

Afrika Millətlər Kubokunda çıxışına başlamağa hazırlaşan Əlcəzair yığmasının ilk məşqi pilotsuz uçuş aparatı vasitəsilə müşahidə edilib.

Arena.az bu barədə “Instant Foot” dərgisinə istinadən məlumat verir.

Polis Əlcəzair millisinin məşq fəaliyyətini izləyən Kot-d’İvuar vətəndaşını həbs edib.

Cinayətkarın Əlcəzair yığmasının məşqini izlədiyi cihazdan yaddaş kartı da götürülüb. Hazırda polis istintaqı davam etdirir.

Xatırladaq ki, 34-cü Afrika Millətlər Kubokuna yanvarın 13-də Kot-d’İvuarda start veriləcək. Kubok oyunları ölkənin 5 şəhərində – Koroqo, Buake, San-Pedro, Abican və paytaxt Yamusukroda – 6 stadionda keçiriləcək.

Əlcəzair yığması ilk oyununu yanvarın 15-də Anqolaya yığmasına qarşı keçirəcək.

Hər qrupdan 2 ən yaxşı komanda ələmə mərhələsinə vəsiqə qazanacaq. Həmçinin, ən çox xal toplamış və 3-cü yeri tutmuş 4 komanda da 1/8 finala vəsiqə qazanacaq.

Afrika Millətlər Kubokunun final oyunu fevralın 11-də baş tutacaq.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: