“Qəbələ”nin əslən Mərakeşdən olan belçikalı hücumameyilli yarımmüdafiəçisi Əyyub Allaş Azərbaycan klubundan ayrılıb.
Arena.az xəbər verir ki, 26 yaşlı futbolçu bu barədə sosial şəbəkə hesablarında paylaşım edib:
“Qəbələ”də keçirdiyim mövsümyarım üçün hər kəsə təşəkkür edirəm. Məni və komandanı dəstəkləyənlərə minnətdaram. Komandanın personalı, məşqçilər, azarkeşlər və üzdə olmayıb çalışanları da nəzərdə tuturam. Mən həmişə var qüvvəmlə çalışmışam, oyunlar və məşqlərdə bütün gücümü qoymuşam. Hər kəsə uğurlar arzulayıram”.
Xatırladaq ki, Əyyub Allaş 2023-cü ilin fevral ayından “Qəbələ”nin uğurları üçün çalışırdı. Yarımmüdafiəçi əyalət klubunun heyətində 56 oyuna çıxıb. O, bu oyunlarda 10 qol vurub, eyni sayda da məhsuldar ötürmə müəllifi olub.
Allaş daha öncə “Virton”, “Lyers”, “Svope Park Reyncers” və “Lyers Kempenzone” klublarında da forma geyinib. Əyyub Mərakeşin U-20 milli komandasının uğurları üçün çalışsa da, əsas millidə debüt şansı qazanmayıb.


