David Luis əməliyyat olundu

İngiltərənin “Arsenal” klubunun müdafiəçisi David Luis əməliyyat olunub.

Arena.az xəbər verir ki, bu barədə London təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

33 yaşlı futbolçu sağ dizindən uğurlu əməliyyat keçirib. Braziliyalı oyunçunun yaşıl meydanlara qayıdacağı vaxt açıqlanmayıb.

David Luis bu mövsüm “Arsenal”ın heyətində 29 oyuna çıxıb, 2 qola imza atıb.

Xəbəri sosial şəbəkələrdə paylaş: