Aydın Bayramov Premyer Liqada 100-cü oyununu keçirdi

Premyer Liqada mübarizə aparan “Zirə”nin qapıçısı Aydın Bayramov Azərbaycan çempionatlarında 100-cü oyununu keçirib.

Arena.az xəbər verir ki, bu barədə paytaxt təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

28 yaşlı qolkiperin yubileyi Azərbaycan Premyer Liqasının 2024/2025-ci illər mövsümünün 18-ci turuna təsadüf edib. O, “Səbail”ə qalib gəldikləri səfər görüşündə (1:0) 90 dəqiqə meydanda olub.

Aydın 100 görüşdə 138 top buraxıb. “Sumqayıt”da 56 (-87), “Turan Tovuz”da 29 (-41) matça çıxan Bayramov “Zirə”də 15 (-10) dəfə şans qazanıb.

Qeyd edək ki, onun debütü 2019/2020 mövsümündə gerçəkləşib. 2019-cu il dekabrın 8-də “Sumqayıt”ın formasını geyinən Bayramov “Qəbələ” ilə ev görüşündə (1:1) meydana çıxıb.

Aydın Bayramov 2024-cü ilin iyul ayından “Zirə”də çıxış edir. O, paytaxt klubunun heyətində bütövlükdə 16 oyuna çıxıb, 12 qol buraxıb, 8 görüşdə qapısını toxunulmaz saxlayıb.

Bayramov daha öncə “Sumqayıt”, “Turan Tovuz”, MOİK, “Rəvan” və “Sabah”da da forma geyinib.

Xəbəri sosial şəbəkələrdə paylaş: