“Old Trafford”un iaşə məntəqələrini siçan-siçovul basıb

İngiltərə nəhəngi “Mançester Yunayted”in doğma ev stadionu “Old Trafford”un iaşə məntəqələrini siçanlar və siçovullar basıblar.

Arena.az bu barədə “Daily Mail” nəşrinə istinadən məlumat verir.

Mənbənin məlumatına görə, gigiyena müfəttişlərinin “Old Trafford”u təftişi zamanı iaşə məntəqələrində və korporativ mənzillərdə siçanların izlərinə rast gəlinib.

Təftiş səfərindən sonra “Mançester Yunayted” gigiyena üzrə mümkün mütləq beş ulduzdan iki ulduzlu qiyməti alıb. Bildirilir ki, hazırda klub rəsmiləri zərərvericilərə qarşı mübarizə tərəfdaşları və yerli şura ilə işləyir. Onlar fəsadın həlli üçün bir sıra tədbirlər həyata keçirirlər.

“Bütün iaşə məntəqələrində həftədə bir neçə dəfə yoxlamalar aparılır. Qidaların saxlandığı, hazırlandığı və təqdim edildiyi yerlərdə yüksək gigiyena və təmizliyin təmin edilməsi üçün ciddi tədbirlər görülür”, – “Mançester Yunayted”in nümayəndəsi bildirib.

Xatırladaq ki, daha əvvəl bir azarkeş oyun zamanı “Old Trafford”dakı oturacağının altından ölü siçovul tapmış və bu mənzərəni sosial şəbəkə hesabları üzərindən paylaşmışdı.

Əlavə edək ki, “Old Trafford” gəmiriciləri cəlb edən dəmir yolu xətti ilə su kanalı arasında yerləşir ki, bu da gəmiricilərə qarşı mübarizəni çətinləşdirir. Bundan əlavə, hava daha da soyuduğundan, siçovullar daha isti yerlər tapmağa çalışırlar və stadiona doluşurlar.

Xəbəri sosial şəbəkələrdə paylaş: