Azərbaycan veteran futbolçusu Füzuli Cavadov dünyasını dəyişib.
Arena.az xəbər verir ki, bu barədə o, 71 yaşında koronavirusdan vəfat edib.
Dəfn mərasimi bu gün Bakının Mərdəkan qəsəbəsindəki bağ evində olacaq. O, Binə qəbiristanlığında torpağa tapşırılacaq.
Qeyd edək ki, Füzuli Cavadov futbolçu karyerasının böyük hissəsini “Neftçi”də keçirib. O, 1972-1978-ci illər aralığında paytaxt klubunun formasını geyinib. Cavadov Naxçıvanın “Araz”, həmçinin Rusiyanın OİK (Rostov) və Latviyanın “Dauqava” komandalarında da çıxış edib. Mərhum futbolçu Azərbaycan millisinin keçmiş hücumçusu Vaqif Cavadovun atası, AFFA İcraiyyə Komitəsinin üzvü, veteran futbolçu İsgəndər Cavadovun qardaşıdır.


