Nuriyevlə Əhmədzadə oynadı, “Minay” səfərdən əliboş döndü

Futbol üzrə Ukrayna Premyer Liqasında 21-ci turun oyunları keçirilib.

Arena.az xəbər verir ki, azərbaycanlı hücumçular – Anatoli Nuriyevlə Rüstəm Əhmədzadənin formasını geyindyi “Minay” da növbəti matçına çıxıb.

Sözügedən komanda səfərdə “Rux”la qarşılaşıb. “Minay” bu oyundan məğlubiyyətlə ayrılıb – 0:2.

Azərbaycanlı futbolçular da bu görüşün iştirakçısı olublar. Nuriyev start heyətdə meydana çıxıb və sonadək mübarizə aparıb. Rüstəm isə 62-ci dəqiqədə meydana buraxılıb.

“Minay” 21 turdan sonra 15 xalla 14 kollektiv arasında sonuncu pillədə qərarlaşıb. Sözügedən komandanın ehtiyatda da bir oyunu var.

Qeyd edək ki, Rüstəm bu mövsüm 14 oyunda meydana çıxıbsa, Anatoli 19 matçda forma geyinib və 8 qola imza atıb.

Xəbəri sosial şəbəkələrdə paylaş: