Kurban Berdiyev: “Bizim də əleyhimizə qərarlar olmuşdu”

“Turan Tovuz”un baş məşqçisi Kurban Berdiyev Azərbaycan Premyer Liqasının 23-cü turunda “Araz-Naxçıvan”a qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, təcrübəli mütəxəssis 1:0 hesabı ilə qalib gəldikləri matçdan sonra keçirilmiş mətbuat konfransında bunları söyləyib:

“Birinci hissədə taktiki planda bəzi səhvlərimiz oldu. Çətin, amma vacib qələbə idi. Futbolçularımı təbrik edirəm. Roderik Miller və Şəhriyar Əliyevin yoxluğu komandanın nəticələrinə təsir edirmi? Bu siyahıya Denis Marandiçi də əlavə etmək lazımdır. Bu, hər zaman belədir. Komandaya yeni gələnlərin uyğunlaşması da müəyyən vaxt alır. Oyunda müəyyən dəyişikliklər olur. Sistemi tətbiq etmək üçün vaxt lazım gəlir. Kristian Da Silvanın bu gün start heyətində yer almaması limitlə bağlı idi. O, yaxşı vəziyyətdədir, amma limit amili var. Sol cinahda Rüfət Əhmədovun yox, İsmayıl Zülfüqarlının oynamasının səbəbinə gəlincə, Rüfəti ikinci hissədə meydana buraxmağı planlaşdırmışdıq. İlk yarıda İsmayıldan aktivlik gözləyirdik. Amma o istədiyimiz aktivliyi göstərə bilmədi”.

Kurban Berdıyev rəqib futbolçuya verilmiş qırmızı vərəqə ilə bağlı suala cavab vermək istəməyib: “Bildiyiniz kimi, hakimliklə bağlı sualları cavablandırmaq istəmirəm. Belə yanaşsaq, bundan əvvəlki oyunlarda da bizim əleyhimizə qərarlar olmuşdu”.

“Araz-Naxçıvan”ın baş məşqçisi Elmar Baxşıyev isə komandasının növbəti məğlubiyyətinə belə şərh verib:

“Ağır oyun alındı. Hər iki komanda yaxşı mübarizə apardı. Komanda düşündüklərimizi meydanda verməyə, yaxşı iş göstərməyə çalışırıdı. Yola davam etmək lazımdır. Futbolçumuzun qırmızı vərəqə aldığı epizodun təkrarına mən də baxdım. Orada heç sarı vərəqəlik bir şey yox idi. İki tur öncə demişdim ki, bizi bu şəkildə sıxışdırmaq istəyirlərsə, alınmayacaq. Komanda möhkəmdir, meydanda layiqli cavab verəcək. “Kəpəz”lə matçın 3-cü dəqəsində VAR-a baxmadılar. Amma sonradan görürük ki, penaltilik epizod idi. Heç bir komandaın haqqını yeyilməsini istəmərik. Futbol ədalət tələb edir. Futbolda varlı, kasıb anlaşıyı olmamalıdır. Bəlkə də onların fərqli gördükləri, düşündükləri var. Sınmaq olmaz, istədiyimizə çatmaq üçün yolumuza davam etmək lazımdır”.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: