“Bayern”in baş məşqçisi Vensan Kompani Çempionlar Liqasının 1/8 finalının “Bayer”lə ilk oyununda 3:0 hesablı ev qələbəsini şərh edib.
Arena.az “Bayern & Germany” dərgisinə istinadən, belçikalı mütəxəssisin bu barədə fikrini təqdim edir:
“Bu, hələ ilk oyundur. İndi biz tamamilə cavab oyununa köklənmişik. Hazırda bu, mövsümün ən vacib oyunu idi, amma ümidvarıq ki, qarşıda bizi daha vacib oyunlar gözləyir. Biz sakitliyimizi qoruyub-saxlayır və vacib oyunlara hazır olduğumuzu həmişə sübut edirik. Biz bir çox xüsusu düzgün icra etdik, əks halda belə bir güclü komandanı sadəcə olaraq, məğlub etmək olmaz”, deyə Kompani məmnunluqla vurğulayıb.
“Bayern”in ingilis ulduz hücumçusu Harri Keyn də “Bayer” üzərində qələbəni şərh edib:
“İşin yarısı görülüb, amma hər şey gələn həftə öz həllini tapacaq”, deyə Keyn vurğulayıb.
Xatırladaq ki, Keyn bu oyunda “əczaçılar”ın qapısına biri penaltidən olmaqla, iki qol vurub.
Cavab oyunu çərçivəsində “Bayern” martın 11-də Leverkuzendə “Bayer”in “qonağı” olacaq.


