Vüsal İsgəndərli üçün cari mövsümdə 12-ci qələbə

Futbol üzrə Azərbaycan millisinin yarımmüdafiəçisi Vüsal İsgəndərli Türkiyənin “Boluspor” komandasının heyətində növbəti matçına çıxıb.

Arena.az xəbər verir ki, o, TFF 1-ci Liqanın 2024/2025-ci illər mövsümünün 29-cu turu çərçivəsində baş tutmuş “İstanbulspor”la oyunun iştirakçısı olub.

“Boluspor” doğma meydanda baş tutan bu oyundan qələbə ilə ayrılıb – 1:0.

İsgəndərli qarşılaşmanın 89-cu dəqiqəsində meydana buraxılıb. Azərbaycanlı futbolçu bu görüşdə fərqlənə bilməyib.

“Boluspor” 29 oyuna topladığı 44 xalla turnir cədvəlinin 6-cı pilləsində qərarlaşıb. Vüsalın komandası bu oyunlarda 12 qələbə qazanıb, 8 heç-heçə edib, 9 məğlubiyyətə üzülüb.

Xatırladaq ki, Vüsal İsgəndərli “Boluspor”a 2024-cü ilin yanvar ayında Albaniyanın “Eqnatiya” klubundan 150 min avroya transfer olunub. Onun Türkiyə klubu ilə 2026-cı ilin 30 iyununa kimi müqaviləsi var. Azərbaycanlı futbolçu Bolu təmsilçisində 31 matça çıxıb, 1 qol vurub, 1 məhsuldar ötürmə ilə yadda qalıb.

İsgəndərli daha öncə “Şamaxı”, “Zirə”, “Sumqayıt”, “Ankara Keçiörengücü”, “Eqnatiya” və “Simurq”da da forma geyinib. 2019-cu ilin noyabrında Azərbaycan millisində debüt etmiş 29 yaşlı hücumçu meydana çıxdığı 5 oyunda fərqlənə bilməyib.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: