Millimizin Haiti və Belarus ilə oyunlarının hakimləri bilindi

Futbol üzrə Azərbaycan millisinin Haiti və Belarus yığmalarına qarşı keçirəcəyi yoxlama oyunlarının hakim təyinatları açıqlanıb.

Arena.az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.

Xəbərdə bildirilir ki, Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda baş tutacaq Haiti ilə görüşü Türkiyədən olan hakimlər briqadası idarə edəcək. Martın 22-də keçiriləcək oyunun baş hakimi Kadir Sağlam olacaq.

“Masazır Arena”da təşkil olunacaq Belarus yığması ilə qarşılaşmanı isə Gürüstandan olan baş hakim idarə edəcək.
Martın 25-də keçiriləcək oyunda söz sahibi Aleko Aptsiauri olacaq.

Qeyd edək ki, hər iki oyuna saat 21:45-də start veriləcək.

Yoxlama oyunları
22 mart

Azərbaycan – Haiti
Baş hakim: Kadir Sağlam (Türkiyə).
Baş hakimin köməkçiləri: Deniz Caner Ozaral, Anıl Usta (hər ikisi Türkiyə).
Dördüncü hakim: Fərid Hacıyev (Azərbayan).
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu. Saat 21:45.

25 mart

Azərbaycan – Belarus
Baş hakim: Aleko Aptsiauri (Gürcüstan).
Baş hakimin köməkçiləri: Davit Axvlediani, Davit Qabisonia (hər ikisi Gürcüstan).
Dördüncü hakim: Tural Qurbanov (Azərbayan).
“Masazır Arena”. Saat 21:45.

Xəbəri sosial şəbəkələrdə paylaş: