Veşoviçlə Yankoviç 90, Kuç 31 dəqiqə oynadı

“Qarabağ”ın futbolçuları Marko Yankoviç və Marko Veşoviçin çıxış etdiyi Monteneqro millisi DÇ-2026-nın seçmə mərhələsində ilk oyununa çıxıb.

Arena.az xəbər verir ki, Azərbaycan millisinin sabiq baş məşqçisi Robert Prosineçkinin rəhbərlik etdiyi bu komanda öz meydanında Cəbəllütariq yığması ilə qarşılaşıb.

Monteneqronun 3:1 hesabı ilə qalib gəldiyi oyunda həm Yankoviç, həm də Veşoviç start heyətdə meydana çıxıblar və sona qədər oynayıblar. Yankoviç qollardan ikisinin ötürməsini verərək qələbədə böyük pay sahibi olub. O, 70 və 73-cü dəqiqələrdə – komandasının 2-ci və 3-cü qollarında məhsuldar ötürmə müəllifinə çevrilib.

Monteneqro yığmasının heyətində “Neftçi”də çıxış edən Edvin Kuç da bu oyunda iştirak hüququ qazanıb. O, 59-cu dəqiqədə meydana buraxılıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: