U-19 millimiz Xorvatiyaya qarşı

19 yaşadək futzalçılardan ibarət Azərbaycan millisi (U-19) Avropa çempionatının əsas mərhələsində bu gün növbəti oyununu keçirəcək.

Arena.az xəbər verir ki, İlqar Aslanovun rəhbərlik etdiyi kollektiv qrup oyunlarına ev sahibliyi edən Xorvatiya yığması ilə üz-üzə gələcək.

Qarşılaşma Xorvatiyanın Omiş şəhərindəki “Ribnyak” İdman Sarayında baş tutacaq. Oyuna Bakı vaxtı ilə saat 22:00-da start veriləcək.

Matçı Liviu Dumitru Çita (Rumıniya), Filipa Prata (Portuqaliya) və Rastislav Behancindən (Slovakiya) ibarət hakimlər briqadası idarə edəcək.

Xatırladaq ki, 7-ci qrupda yer almış U-19 millimiz ilk turda Bosniya və Herseqovina yığması ilə qarşılaşıb və 2:10 hesabıyla məğlub olub. Komandamız qrupdakı sonuncu matçını martın 29-da Türkiyə yığmasına qarşı keçirəcək. Qarşılaşmaya Bakı vaxtı ilə saat 19:00-da start veriləcək.

AÇ-2025-in əsas seçmə mərhələsi
7-ci qrup, 2-ci tur
27 mart

Xorvatiya – Azərbaycan
Hakimlər: Liviu Dumitru Çita (Rumıniya), Filipa Prata (Portuqaliya), Rastislav Behancin (Slovakiya).
Timekeeper: Luka Kovaç Levantin (Xorvatiya).
Hakim-inspektor: Viktor van Helvoirt (Niderland).
UEFA nümayəndəsi: Fabrisio Di Feliçe (İtaliya).
Omiş. “Ribnyak” İdman Sarayı. Saat 22:00.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: