Futzal üzrə Azərbaycan millisinin Avropa çempionatının əsas mərhələsi çərçivəsində bu ay keçirəcəyi oyunlar üçün heyəti açıqlanıb.
Arena.az xəbər verir ki, bu barədə Azərbaycan Futzal Federasiyasının rəsmi saytı məlumat yayıb.
Belə ki, millimiz Avropa çempionatının əsas mərhələsi çərçivəsində aprelin 11-də səfərdə İsveç yığması ilə üz-üzə gələcək. Bundan 4 gün sonra – aprelin 15-də isə Azərbaycan millisi Bakıda Xorvatiya yığması ilə qarşılaşacaq.
Komandamız bu oyunlardan öncə aprelin 6-dan 8-nə qədər Bakıda hazırlıq keçəcək. Baş məşqçi Vitali Borisov bu toplanışa 3-ü qapıçı olmaqla ümumilikdə 15 futzalçı dəvət edib.
- Emin Kürdov – Araz-Naxçıvan
- Rövşən Hüseynli – Astana (Qazaxıstan)
- Kamran Hacıyev – Baku Fire
- Novruz Kazıxanov – Araz-Naxçıvan
- Xəzər Ağalızadə – Araz-Naxçıvan
- Mirzə Əmirov – Neftçi İK
- Fərid Atakişiyev – Neftçi İK
- Tofiq Mikayılov – Baku Fire
- Oktay Rüstəmli – Baku Fire
- Murad Quluzadə – Baku Fire
- Nihad İsmayılov – Baku Fire
- Emil Həsənzadə – Neftçi İK
- Kənan Manafov – Baku Fire
- Nurlan Mehdizadə – Baku Fire
- Eldar Zeynalov – Neftçi İK


