Azərbaycan çempionu “Qarabağ”ın fransalı futbolçusu Abdullah Zubir Ağdam klubunun heyətində 300-cü oyununa çıxıb.
Arena.az xəbər verir ki, bu münasibətlə klubun prezidenti Tahir Gözəl Abdullah Zubirə xatirə forması təqdim edib.
Bu, Azərbaycan Premyer Liqasının 29-cu turu çərçivəsində bu gün keçirilmiş “Zirə” ilə ev matçına təsadüf edib.
Xatırladaq ki, Azərbaycan Premyer Liqasının 2024/25 mövsümünün 27-ci turunun “Kəpəz”lə səfər oyunu “Qarabağ”ın yarımmüdafiəçisi Abdullah Zubir üçün əlamətdar olmuşdu. O, məhz həmin oyunda “Qarabağ”da 300-cü matçına çıxmışdı. Zubir “Kəpəz”lə səfər görüşünün (0:0) 61-ci dəqiqəsində meydana çıxmışdı.
Xatırladaq ki, Zubir 2018/2019-cu illər mövsümündən “Qarabağ”da forma geyinir. Onun debütü 2018-ci il iyulun 11-də UEFA Çempionlar Liqasının “Olimpiya” ilə Sloveniyadakı matçında (1:0) gerçəkləşib. Abdullah 7 il ərzində Ağdam klubunun heyətində bütövlükdə 304 oyuna çıxıb, 67 qol vurub, 81 məhsuldar ötürmə müəllifi olub.



